Sual: Evimin qeydiyyatı üçün hansı sənədlər tələb olunur?
10.05.2018
Mən yeni tikili binadan 1 otaqlı mənzil almışam. Alqı-satqı MTK ilə müqavilə əsasında həyata keçirilib və mənzilin pulu tam ödənilib. Amma müqavilə notarial qaydada qeydiyyata alınmayıb. Mən həmin evin qeydiyyata alınması («kupça» almaq üçün) mütləq order almalıyam? Yoxsa alqı-satqı müqaviləsi yetərlidir? Ümumiyyətlə, qeydiyyat üçün hansı sənədlər tələb olunur?
Cavab: Mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş binada yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb olunur:
ərizə
ərizəçinin MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış
kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı
notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi
binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı
ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd
dövlət rüsumunun ödənilməsi barədə qəbz
01 oktyabr 2009-cu il tarixdən etibarən mənzillərə orderlərin verilməsi dayandırılıb.