YAP-ın sensasion namizədləri - Natamam siyahı
27.12.2019
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.
Report xəbər verir ki, iclasda 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədlərinin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur.
İclasdan sonra hakim partiyanın deputatlığa namizədlər siyahısı açıqlanacaq.
***
İdarə heyətinin üzvlərindən biri SİA-ya açıqlamasında deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
***
Yeni Azərbaycan Pariyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub.
Lent.az xəbər verir ki, partiyanın siyahısında yer alan şəxslərin bir hissəsinin adı məlumdur:
47 saylı seçki dairəsindən Aydın Mirzəzadə;
46 saylı Şirvan seçki dairəsindən Azər Quliyev;
92 Zərdab-Ucar seçki dairəsindən Urfan Əhmədov;
93 Bərdə şəhər seçki dairəsindən Yıldırım Fatma;
125 Zəngilan-Qubadlı seçki dairəsindən İmamverdi İsmayılov;
41 saylı Sumqayıt I seçki dairəsindən Hicran Hüseynova;
42 saylı Sumqayıt II seçki dairəsindən Tahir Mirkişili;
34 saylı Xətai II seçki dairəsindən Mixael Zabelin;
43 saylı Sumqayıt III seçki dairəsindən Emin Hacıyev;
29 saylı Səbail seçki dairəsindən Aytən Hüseynova;
26 saylı Sabunçu I seçki dairəsindən Afaq Hacıyeva;
11 saylı Qaradağ seçki dairəsi Aydın Hüseynov;
5 saylı Şahbuz-Babək seçki dairəsindən Siyavuş Novruzov.