Qazaxıstanda ümummilli matəm günü elan olundu
27.12.2019
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması zamanı insanların həlak olması ilə əlaqədar 28 dekabrı Ümummilli Matəm Günü elan edib.
"RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi açıqlama verib.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air” şirkətinə məxsus "Fokker 100” təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 15 nəfər həlak olub, 50 nəfər xəstəxanaya yerləşdirilib.