Azərbaycanda məşhur repçi həbs edildi
27.12.2019
Daxili İşlər Nazirliyi reper Pərviz Quluzadənin saxlanılmasına aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bildirib ki, ötən gün P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Xatırladaq ki, repçi "Paster" ləqəbi ilə tanınır.