Lavrov və Zərif bu tarixdə GÖRÜŞƏCƏKLƏR
26.12.2019
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrın 30-da iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşəcək.
Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, nazirlər İranın atom proqramı ilə bağlı 2015-ci ilin iyulunda əldə olunmuş Əhatəli Razılaşdırma Planını, Suriya və Körfəzdəki vəziyyəti müzakirə edəcəklər.