Türkiyədə məhkəmə hökumətin qərarını ləğv etdi
26.12.2019
Türkiyə Konstitusiya Məhkəməsi Vikipediya Vəqfinin sözügedən elektron ensiklopediyaya girişə qoyulmuş qadağa ilə bağlı müraciətinə baxıb.
Məhkəmə bu qadağanın ifadə azadlığına əngəl törətməsi haqda qərar çıxarıb.
Qeyd edək ki, 2017-ci il aprelin 29-dan etibarən Türkiyədə Vikipediyaya girişə qadağa qoyulub. Buna səbəb kimi Vikipediyada terroru dəstəkləyən yazıların olması göstərilib.