Basqın: Navalnı tutuldu, ofisi bağlandı
26.12.2019
Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunda axtarışa başlayıblar.
Bu məlumatı fondun mətbuat katibi Kira Yarmış paylaşıb. O, Navalnının ofisdən güc tətbiq edilərək çıxarıldığını bildirib:
"Aleksey güc tətbiq etməklə saxlanılıb. O, müqavimət göstərməyib. Fondda yalnız hüquqşünaslar qalıb, axtarış aparılır”.
Hazırda fonddakı noutbuklara həbs qoyulduğu vurğulanıb.
"Vedomosti” axtarışın fondun maliyyələşdirilməsi işiylə bağlı aparıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu oktyabrda hökumət tərəfindən "xarici agent” kimi tanınıb.