O sənədi parlamentə təqdim edəcəyik - Ərdoğan
26.12.2019
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsinə münasibət bildirib.
O, bildirib ki, Türkiyə müxtəlif Avropa və ərəb ölkələrinin dəstəklədiyi general Xəlifə Xaftara qarşı mübarizə aparan Liviyanın qanuni hökumətinə hər cür dəstək verəcək.
"Onlar müharibə baronuna yardım edirlər, biz isə Liviyanın qanuni hökumətinin yanındayıq. Fərqimiz budur. Dəvət olunduğumuz yerə gedərik, dəvət olunmadığımız yerə isə getmərik. Məclis (Türkiyə Böyük Millət Məclisi) açılar-açılmaz Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədi təqdim edəcəyik. İnşallah yanvar ayının 8-9-da Məclisdə bunu təsdiqlədib, dəvətə razılıq verəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti qeyd edib ki, Suriyada 8200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.