Qadınlara qarşı təcavüz - Təyyarədə
26.12.2019
ABŞ-da "Frontier Airlines" ətrafında qalmaqal davam edir. İki qadın aviaşirkəti məhkəməyə verib.
Qadınlar uçuşlar zamanı cinsi təcavüzə məruz qaldıqlarını deyərək, heyət üzvlərini baş verənlərə tamamilə laqeyd yanaşmaqda ittiham edirlər.
Açıqlamaya görə, ilk hadisə 2018-ci ilin oktyabr ayında, ikincisi isə bundan təqribən bir ay sonra baş verib. Hər iki halda qadınlar baş verənlər barədə aviaşirkətin işçilərinə bildiriblər. Lakin heyət üzvləri polisə məlumat verməyiblər, hətta zərərçəkənlərə şübhəlilər haqqında məlumat toplamağa da kömək etməyiblər.