Xalq artisti Zülfiyyə Xanbabayevaya ağır itki baş verib.
Sənətçinin qayınatası Şamı Məmmədov dünyasını dəyişib.
Uzun illərdir ağır xəstəlikdən əziyyət çəkən Ş. Məmmədov 84 yaşında vəfat edib. Mərhumun üç mərasimi bu gün Təzə Pir Məscidində baş tutacaq.
Qeyd edək ki, Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir.