Baş Qərargah rəisinin müavininə cinayət işi açıldı
26.12.2019
Moskvada məhkəmə Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyub.
TASS agentliyi məlumatı hüquq-mühafizə orqanlarındakı mənbədən əldə edib.
"İstifadəsinə həbs qoyulan əmlak dəyəri milyonlarla rubl olan torpaq sahələri və daşınmaz əmlakdır. Əmlaka qoyulan həbs Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (böyük ölçüdə dələduzluq) üzrə müvəqqəti tədbir kimi müsadirə edilib”, - mənbə açıqlamasında bildirir.
Agentliyə məlumat verən mənbə əlavə edib ki, X.Arslanov Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsini icra etməkdə davam edir, lakin hazırda yüksək rütbəli hərbçi məzuniyyət götürərək faktiki olaraq vəzifələrini icra etmir.
Xəlil Abduxalimoviç Arslanov 1964-cü ildə Ulyanovsk vilayətində anadan olub. 1981-ci ildən orduda xidmət edir, Rusiya Silahlı Qüvvələrinin rabitə idarəsinin rəisi, Baş qərargah rəisinin müavinidir.