iPhone sağlamlığınız üçün ziyandır
26.12.2019
Mütəxəssislər smartfonların insanlar üçün nə dərəcədə ziyanlı olması ilə bağlı araşdırma aparıblar. Mütəxəssislər iPhone 8-i ən təhlükəli smartfon elan ediblər. Bildirilib ki, bu smartfonda şüalanma digərlərindən 5 dəfə çoxdur.
Bu sertifikatlaşdırılma çərçivəsində mütəxəssislər insanlar tərəfindən udulan elektromaqnit radiasiyasının səviyyəsini nəzərə alırlar.
Reytinqdə ikinci yeri isə radiasiyası digərlərindən üç dəfə artıq olan Samsung Galaxy S8 tutdu.
Qeyd edək ki, cihazlarda radiasiya standartlarına riayət edilməməsi səbəbi ilə Apple və Samsung-a qarşı iddia qaldırılıb - vurduqları zərərin ödənilməsi tələb olunur.