Apple 450 mütəxəssisi işdən çıxaracaq
26.12.2019
Məlum olduğu kimi Apple şirkəti prosessor istehsalçısı olan Intel şirkətinin modem biznesini 1 milyard dollara satın alıb.
Apple şirkəti satın aldığı müəssisənin bir neçə əməkdaşını işdən çıxaracaq.
Şirkət yaxın gələcəkdə Almaniyadakı filialında fəaliyyət göstərən Intel mütəxəssislərini işdən azad edəcək.
"Heisen" nəşrinin yaydığı məlumata görə, şirkət yalnız seçdiyi əməkdaşlarla modem istehsalına başlayacaq. Seçilmiş əməkdaşlar isə ümumi işçilərin 30%-ni təşkil edəcək. Digər 70%, yəni təxminən 450 nəfər işçi isə özünə yeni iş yeri tapmalı olacaq.
Intel şirkəti bununla bağlı açıqlama verərək qeyd edib ki, işdən çıxarılacaq əməkdaşlara kompensasiya ödəniləcək və onlara yeni iş yeri tapmaqda köməklik göstəriləcək.