Krımın Rusiyaya birləşdirilməsinin əsas səbəbi
26.12.2019
2014-cü ildə parlamentin "Dövlətin dil siyasətinin əsasları haqqında" qanunu əsassız sayması Krımın Rusiyaya birləşdirilməsinə gətirib çıxaran ilkin səbəbdir.
Bu sözləri Ukraynanın Xalqın Xidmətçisi Partiyasından olan deputatı Aleksey Ustenko deyib.
"2014-cü ildə "Dil haqqında" qanunun qəbul edilməsi Krımda baş verən hadisələrə zəmin yaratdı. Bundan sonra Rusiya Krıma daxil oldu”, - deyə deputat bildirib.
Qeyd edək ki, 2014-cü ildə Ukrayna Ali Radası ölkənin 27 əyalətindən 13-də iki dilin (rus və ukrayna) rəsmi olaraq istifadəsinə icazə verən "2012-ci il dövlətin dil siyasətinin əsasları haqqında" qanunu (Kivalova-Kolesniçenko Qanunu) etibarsız saydı. Parlamentin bu qərarı ölkənin cənub və cənub-şərqində iğtişaşlara səbəb oldu və o zaman prezident vəzifəsini icra edən Aleksandr Turçinov Radanın sözügedən qərarını imzalamaqdan imtina etdi.
Məlumat üçün bildirək ki, Ukraynanın Donetsk vilayətinin təxminən 4/3-ü rus dilini ana dili hesab edir.