21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

2019-da bu qurumlar ləğv edilib

25.12.2019

2019-cu il ərzində ləğv edilən və birləşdirilən qurumların siyahısını təqdim edirik:

İlk olaraq Prezident İlham Əliyevin 14 yanvarda imzaladığı sərəncamlarla 3 qurum - Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edildi.

Ölkə başçısının 18 yanvarda imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki 3 qurum - Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzi, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi və Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq birləşdirilərək onların əsasında Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi yaradılıb, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edildi.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında yaradılan "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti bu ilin 20 iyununda ləğv edildi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 oktyabrda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərmanı ilə 3 qurum - Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edildi.

Son olaraq isə ölkə başçısının 28 noyabr tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğv edildi və qanunvericilikdə maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Mərkəzi Bankına verildi.