03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çindən ağlasığmaz qərar - Quran və İncil dəyişdirilir

25.12.2019

Çində səmavi dinlərin müqəddəs kitabları olan İncil və Quran yenidən yazılacaq.
Bu müqəddəs kitablarda "sosialist dəyərlər" əks olunacaq.
Partiyadan olan yüksək vəzifəli mənbə "Dailymail"ə açıqlamasında bildirib ki, yeni nəşrlərdə Kommunist Partiyasının ideyalarına zidd olan hər hansı bir fikir yer almayacaq. Belə ki, senzuranın yanlış hesab etdiyi hissələr düzəldiləcək və ya yenidən tərcümə olunacaq.
Düzdür, partiyanın qərarında konkret olaraq İncil və Quran kitablarının adı çəkilməsə də, Kommunist Partiyası "hazırkı dövrün inkişafı ilə səsləşməyən dini klassika hissələrinin yenidən hərtərəfli şəkildə qiymətləndirilməsinə" çağırıb.
Məlumatda qeyd olunur ki, bu qərar noyabrda Çində etnik və dini məsələlərə nəzarət edən Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyası Milli Komitəsinin Etnik və dini işlər üzrə Komitəsi tərəfindən keçirilən iclasda verilib.
Ümumilikdə iclasda Çin Kommunist Partiyasının Mərkəzi Komitəsindən olan 16 mütəxəssis, inanclı və fərqli dinlərin nümayəndələrindən ibarət qrup konfransda iştirak edib.
Görüş Çin Xalq Siyasi Məsləhətləşmələr Assosiasiyasının sədri Van Yanqın nəzarəti ilə keçirilib.
Van Yanq din xadimlərinin Çin Xalq Respublikasının sədri Si Cinpinin göstərişlərinə əməl etməli və fərqli dini ideologiyaları "Sosializmin əsas dəyərləri" və "dövrün tələblərinə" uyğun olaraq yaymalı olduqlarını bildirib.
Görüş iştirakçıları Vanın göstərişləri ilə razılaşıb və əlavə ediblər ki, bu, "tarixin seçimidir".
Onlar, həmçinin bildiriblər ki, dini kitabları "təkamül" etməklə onlar "ekstremist ideyaların" qarşısını alacaqlar.