İcma sədri deputatlığa namizəd oldu
25.12.2019
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev də deputatlığa namizədliyini irəli sürüb.
Bu barədə İcmadan məlumat verilib. Qeyd edilib ki, T. Gəncəliyev 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə namizədliyini irəli sürməyi qərara alıb.
Xatırladaq ki, sözügedən seçki dairəsindən V çağırış Milli Məclisin deputatı Flora Qasımovadır.
O, ötən günlərdə Modern.az-a açıqlamasında yenidən parlament seçkilərində iştirak etməyəcəyini söyləyib.
Əvəzində həmin dairədən daha iki gənc öz namizədliyini irəli sürüb. Bunlar Flora Qasımovanın köməkçisi Səbuhi Səmədov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü Ceyhun Ələkbərovdur.(modern.az)