Dünyanın ƏN FAYDALI yeməyi - AÇIQLAMA - FOTO
09.05.2018
Professor Canan Karatay Elazığa səfər edib və bələdiyyə sədri Mücahid Yılmazla görüşüb. Səfər zamanı mühüm açıqlamalar verən Karatay o bölgənin ən əhəmiyyətli bitkisini açıqlayıb.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis az məlum olan yerli bitkinin bir çox mühüm faydası olduğunu bildirib. O, vətəndaşlara tez-tez ışkın yeməyi tövsiyə edib: "Işkının üzərinə yumurta vurduqda dünyanın ən sağlam yeməyi olar. Bu bitki antioksidant və C vitamini ilə zəngindir”.
Kardioloq bildirib ki, ışkın ürəyin dostudur, eyni zamanda qaraciyər, tiroid və beyin üzərində də təsirli xassələrə malikdir.