Moskvada bomba həyəcanı - məhkəmələrboşaldıldı
24.12.2019
Moskvada 10 rayon məhkəməsindən insanlar təxliyə edilib
Xəbər verildiyi kimi, bu məlumatı Moskva Şəhər Məhkəməsi yayıb. Məlumata görə, məhkəmələrin boşaldılmasına səbəb bomba yerləşdirilməsiylə bağlı anonim zəng olub. Məhkəmələrdən ümumilikdə 1000 nəfərin evakuasiya olunduğu vurğulanıb.
Qeyd edək ki, Rusiyada bomba yerləşdirilməsiylə ilə bağlı yalançı zənglər dalğası noyabrın 28-dən başlayıb.