Seçkilərlə bağlı şikayət yoxdur – MSK
24.12.2019
Ötən gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya hələlik heç bir şikayət daxil olmayıb.
Xəbər verildiyi kimi, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. O qeyd edib ki, yalnız ötən gün 75 saylı Lənkəran-Masallı seçki dairəsi ilə bağlı şikayət daxil olub və elə həmin gün də ona münasibət bildirilib:
"Seçkinin ilkin nəticələri dünən gecə saatlarında bəlli oldu və onu ictimailəşdirdik. Bu gün hansısa nöqsanlarla bağlı şikayət daxil olarsa, gün ərzində onlar da araşdırılacaq. Bu saata qədər isə hələlik heç bir məlumat yoxdur”.