Obama: Tramp ciddi səhvə yol verdi
09.05.2018
Donald Trampın İranla nüvə razılaşmasından çıxmaq qərarı yanlışdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Feysbuk səhifəsində ABŞ-ın keçmiş prezidenti Barak Obama paylaşıb.
"Məncə bu ciddi səhvdir. ABŞ yekunda əlində nüvə silahı olan İran və Yaxın Şərqdə müharibə seçimi arasında qalmaqla risk edir" - deyə o bildirib.
Obama İranla razılaşmanın gələcəkdə Şimali Koreya məsələsində də istifadə edilə biləcəyini deyib. O, ABŞ-ın İranla nüvə razılaşmasından imtina etməsi sayəsində özünün müttəfiqlərindən də uzaqlaşdığını deyib.