21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanın himni yenə səhv salındı - VİDEO

24.12.2019

Rusiyanın "başıbəlalı” himni yenə hər kəsi heyrətləndirib. Bu dəfə anlaşılmazlıq ərəb ölkələrində deyil, Avropada – İsveçrənin Davos şəhərində yaşanıb. Özü də bu səhv iki dəfə təkrarlanıb.
Bu barədə Life.ru xəbər yayıb. Bildirilir ki, "Salavat Yulayev” – "Ak Bars” görüşünün təşkilatçıları Rusiyanın himnini dəyişik salaraq, onun əvəzinə Mixail Qlikinin "Vətənpərvərlik” mahnısını səsləndiriblər.
Təşkilatçılardan fərqli olaraq, azarkeşlər və xokkeyçilər bunun fərqinə vararaq, mahnını səsləndirməyiblər. Tribunadan etiraz fit səslərinə baxmayaraq, musiqinin ifası davam edib və sona qədər səsləndirilib. Bundan sonra diktor üzrxahlıq edərək, əsl himni səsləndirəcəklərinə söz verib.
Lakin dinamiklərdən yenə Qlinkinin musiqisi səslənib, bu dəfə səhv dərhal anlaşılıb və mahnı dayandırılıb.
Vəziyyəti azarkeşlər düzəldiblər, onlar ölkə himnini kapella oxuyublar.
Qeyd edək ki, bundan əvvəl də ərəb ölkələrində analoji hadisə yaşanmışdı. Belə ki, Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanını ziyarəti zamanı Ərəbistan orkestri himni səsləndirərkən notları qarışdırmışdı.
Nəticədə, Rusiya himni tamamilə səhv səsləndirilmişdi. Baş verənləri təəccüblə izləyən Putinin görüntüləri sosial şəbəkələrdə ən çox izlənən videolardan birinə çevrilmişdi.
Eyni hadisə Misirdə də yaşanmışdı.