21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Seçici fəallığı: Nəticələr açıqlandı

23.12.2019

Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 10:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Axar.az xəbər verir ki, mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 8,51 faizinin, yaxud 423 min 361 nəfərinin səs verdiyini bildirib.

Qeyd edək ki, bu gün respublikada bələdiyyə seçkiləri keçirilir. 118 seçki dairəsi üzrə (işğal olunmuş əraziləri təmsil edən 7 dairə seçki komissiyası istisna olmaqla) 5049 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan seçicilərin sayı 4 972 356-dır. Bu sayda seçicinin adı seçici siyahılarına daxil edilib.

Seçki nəticəsində ölkədə fəaliyyət göstərən 1606 bələdiyyəyə 15 106 bələdiyyə üzvü seçiləcək. Bu mübarizəyə 41 462 namizəd qoşulub.

Səsverməni müşahidə etmək üçün ümumilikdə 52 636 müşahidəçi qeydə alınıb. Onlardan 1512-si MSK-da, 51 124-ü dairə seçki komissiyalarında qeydiyyatdan keçib. MSK-da qeydiyyatdan keçən müşahidəçilər ölkə üzrə, DSK-larda qeydiyyatdan keçən müşahidəçilər isə həmin dairənin hüdudları daxilində müşahidə apara bilərlər.

Gün ərzində beş dəfə 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatlar açıqlanacaq. Saat 19:00-da məntəqələr bağlı elan olunacaq. Bundan sonra bütün məntəqlərdə səsvermənin nəticələrinin hesablanmasına başlanılacaq.

***

Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 12:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 18,07 faizinin, yaxud 898 min 542 nəfərinin səs verdiyini bildirib.

***

Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 15:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 26,88 faizinin, yaxud 1 milyon 336 min 733 nəfərinin səs verdiyini bildirib.

***

Mərkəzi Seçki Komissiyasının "Seçkilər” İnformasiya Mərkəzi ölkə üzrə saat 17:00-dək seçici fəallığına dair məlumatı açıqlayıb.

Mərkəzin müdiri Fərid Orucov qeyd olunan vaxtadək ölkə üzrə seçicilərin 30,57 faizinin, yaxud 1 milyon 520 min 133 nəfərinin səs verdiyini bildirib.