Yeni partiya yaradıldı: Kvirikaşvili geri qayıdır
23.12.2019
Gürcüstanda yeni siyasi birlik - Gürcüstan üçün Lelo Partiyası yaranıb.
Yeni partiyanın sədrinin Mamuka Xazaradze olacağı vurğulanıb. Yeni partiyanın tərkibinə Yeni Sağçılar Partiyasının da daxil olacağı bildirilib. Partiya əsas hədəfinin yeni parlament seçkisində qələbə qazanmaq olduğunu söyləyib.
Xazaradze jurnalistlərə açıqlama verərək, keçmiş baş nazir Georgi Kvirikaşvilinin siyasətə qayıtmaq fikrində olduğunu bildirib. O, Kvirikaşvilinin onun partiyasında yer alacağına ümid etdiyini deyib.
Qeyd edək ki, Xazaradze bundan öncə Lelo Partiyası yaradıb.