Vüqar Bayramov da deputatlığa namizəddir
23.12.2019
Tanınmış iqtisadçı alim Vüqar Bayramov növbədənkənar parlament seçkilərinə namizədliyini ieəli sürb.
V.Bayramov 2020-ci il fervalın 9-da keçiriləcək seçkilərdə 84 saylı Füzuli seçki dairəsindən müstəqil namizəd kimi iştirak etməyə qərar verib.
"Düşünürəm ki, ölkəmizdə və uzaq ABŞ-da aldığım təhsilin, iqtisadi proqram və mexanizmlərin hazırlanması sahəsində qazandığım təcrübənin verdiyi imkanlardan xalqımın rifahı və firavanlığı naminə yeni formalaşacaq parlamentin gücünə güc qatmaqla daha səmərəli istifadə edə bilərəm. Doğulduğum, boya-başa çatdığım, sadəliyi və mərdliyi ilə həmişə qürur duyduğum Füzuli camaatının məni dəstəkləyəcəyinə dərin inamla bu marafona qoşulur və namizədliyini elan edən hər kəsə uğurlar arzulayıram”, - V.Bayramov qeyd edib