PA-nın yeni rəhbəri səs verdi
23.12.2019
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev bələdiyyə seçkilərində səs verib.
2 saylı Yasamal seçki dairəsinin 19 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bundan əlavə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı məntəqəsində, Səhiyyə naziri Oqtay Şirəliyev 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində, Milli Məclisin Sədri Oqtay Əsədov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində, Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.