Pompeo: Bu konfliktin həlli üçün…
23.12.2019
İsrail və Fələstinin konfliktin yekun həlli üçün ciddi danışıqlara başlayacağını ümid edirik.
Bunu ABŞ Dövlət katibi Mayk Pompeo CSN radiosuna müsahibəsində deyib.
"Biz ümid edirik ki, tərəflər danışıqlar masası arxasına əyləşəcəklər. Tərəflər çətin məsələləri həll etməyə hazır olacaq liderlərə sahib olmalıdırlar. Onlar danışıqlar seriyası çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olmalıdırlar. Ağır həqiqət odur ki, konfliktin hüquqi həlli yoxdur. Beynəlxalq hüquqa əsasən, kimin haqlı, kimin günahkar olmasıyla bağlı arqumentlər sülh gətirmir. Bu, çətin siyasi problemdir”, - deyə o bildirib.