Türkiyə ABŞ-dan ilk F-35 qırıcısını gətirir -TARİX
09.05.2018
Türkiyə iyunun 21-də ABŞ-dan ilk 5-ci nəsil F-35 qırıcısı alacaq.
"Dövran Media"nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.
O bildirib ki, F-35-in alışından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına qırıcını idarə etmək üçün təlim keçiriləcək.
İ.Dəmir qeyd edib ki, 2019-cu ildə Türkiyə daha bir neçə F-35 qırıcısı alacaq.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara Türkiyəyə təqribən 100 ədəd F-35 qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılığa gəlmişdilər.