NATO baş katibi: Putinlə görüşməyə hazırıq
23.12.2019
NATO baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.
NATO baş katibi bu barədə "DPA" agentliyinə müsahibəsində deyib.
"Mən Rusiya ilə dialoqa inanıram. Əgər şərtlər uyğun olarsa, əlbəttə ki, Putinlə görüşməyə hazıram. Mən görüşməməkdənsə görüşməyin, oturub dialoq aparmağın daha yaxşı olduğuna inanıram. Xüsusən də işlər çətinləşəndə eyni masa arxasında oturmaq vacibdir. Rusiya bizim ən böyük qonşumuzdur, Rusiya həmişə buradadır və bu ölkə ilə daha yaxşı münasibətlər qurmağa çalışmalıyıq”, - deyə Y. Stoltenberq vurğulayıb.
NATO-nun Rusiya və Çinlə bağlı yanaşmaları barədə sualı cavablandıran Y. Stoltenberq deyib ki, Çin və Rusiya çox fərqlidir və NATO daha çox Çinin yüksəlişinin yaratdığı problemlərə diqqət çəkir.