21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan mətbəxi Los-Ancelesdə

23.12.2019

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun və UNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birgə dəstəyilə ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan mətbəxinə həsr olunan geniş tədbir keçirilib.

Baş Konsulluqdan Kult.az-a verilən məlumata görə, UNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına salınan Azərbaycanda dolmanın hazırlanma qaydasının təqdimatını özündə əks etdirən tədbirdə 200-ə yaxın qonaq, o cümlədən müxtəlif xarici ölkələrin baş və fəxri konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icması fəalları, həmçinin dost türk, yəhudi, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.

Tədbir Azərbaycan və ABŞ-ın dövlət himnlərinin ifası ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev qonaqları salamlayaraq, bu mədəniyyət tədbirində hər kəsi görməkdən məmnun olduğunu deyib. Baş konsul bu il UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd olunduğunu bildirib. N.Ağayev Azərbaycan mətbəxinin zənginliyi və çoxşeşidliyinin ölkəmizin əsrarəngiz təbiətindən, flora və faunasının müxtəlifliyindən qaynaqlandığını vurğulayıb. O, Azərbaycanda dolmanın bişirilmə ənənələrinin qədim tarixə malik olduğunu və bu ənənələrin həmrəylik, hörmət və qonaqpərvərliyi özündə ehtiva etdiyini diqqətə çatdırıb. Baş konsul 2017-ci ildə Azərbaycan dolmasının bişirilməsi və paylaşılması ənənəsinin UNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildiyini qeyd edib. N.Ağayev bunun və ölkəmizin digər qeyri-maddi mədəni irs nümunələrinin həmin siyahıya daxil edilməsinin Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin və məqsədyönlü fəaliyyəti sayəsində nail olunduğunu vurğulayıb.

Sonra çıxış edən Kaliforniyanın Örvayn Şəhər Şurasının üzvü Fərəh Xan bu ilin yazında ölkəmizə səfər edərək, Azərbaycan haqda ən xoş təəssüratlarla geri döndüyünü, səfər zamanı Azərbaycan mətbəxinə heyran qaldığını və mətbəximizdə ən çox sevdiyi yeməyin məhz dolma olduğunu diqqətə çatdırıb.

Sonra Kaliforniyanın San-Dieqo şəhərində fəaliyyət göstərən "Cafe 21” Azərbaycan restoranının sahibi İmran Cavadov ölkəmizdə dolmanın birişilmə ənənələri və mətbəximizin müxtəlif dolma növlərindən bəhs edən təqdimatla çıxış edib.

Tədbir Azərbaycan musiqisindən nümunələr, eləcə də rəqs ustası Ləman Musayevanın ifasında Azərbaycan rəqslərinin ifası ilə davam edib. Tədbir iştirakçıların gurultulu alqışları ilə qarşılanıb. Qonaqlar "Cafe 21” restoranı tərəfindən hazırlanmış Azərbaycan mətbəxinin müxtəlif ləziz təamları, o cümlədən müxtəlif dolma çeşidləri ilə tanış olublar.