Ərdoğan etiraf etdi: Türkiyə buna tab gətirə bilməz
23.12.2019
Türkiyə Suriyadan qaynaqlanan növbəti miqrant dalğasına tab gətirə bilməz.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"80 min qardaşımız bombardmanlara görə köç edir. Zəngin Qərb ölkələrinə miqrant problemindən qaçmağın çıxış yolu olmadığını deməyə davam edəcəyik", - Ərdoğan bildirib.