"Taliban" ABŞ əsgərini ÖLDÜRDÜ
23.12.2019
Əfqanıstanda ABŞ hərbi konvoyuna edilən hücum nəticəsində bir hərbçi ölüb.
APA-nın "France 24" telekanalına istinadən verdiyi xəbərə görə, "Taliban” qruplaşması hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.
"Taliban”ın sözçüsü Zabiullah Mücahid bildirib ki, Kunduz əyalətinin Çar Dara bölgəsində ABŞ konvoyuna edilən hücum nəticəsində bir amerikalı əsgər ölüb, bir neçəsi isə yaralanıb.
2019-cu ildə Əfqanıstanda öldürülən ABŞ əsgərlərinin sayı 20-yə çatıb.
Qeyd edək ki, 2001-ci ildən bəri Əfqanıstanda 2400 nəfər amerikalı hərbçi həlak olub.