Prezident və xanımı səs verdi
23.12.2019
Dekabrın 23-də müasir müstəqil Azərbaycanın tarixində növbəti bələdiyyə seçkiləri günüdür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.