Dünya lideri Prezident İlham Əliyevi TƏBRİK EDİR
23.12.2019
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.
Dövran Media məktubun mətnini təqdim edir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirir. Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk.
Bizim aramızda yaranmış etimad və qarşılıqlı anlaşma mənim üçün həqiqətən çox qiymətlidir. Ümidvaram ki, Rusiya və Azərbaycan xalqlarının rifahı naminə birgə səmərəli işimiz davam edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar diləyirəm. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
***
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.
Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.