Qrip virusu: Ölənlərin sayı 106-ya çatdı
22.12.2019
İranda son 1 həftədə qripdən 7 nəfər ölüb. Sentyabrdan bəri isə ölənlərin sayı 106-ya çatıb.
Bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Şöbəsinin rəhbəri Hüseyn İrfanian İRNA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, son bir həftədə 3354 nəfər nəfəs çatışmazlığı səbəbilə xəstəxanalara müraciət edib, 82 nəfərə qrip diaqnozu qoyulub.
Qeyd edək ki, İran Səhiyyə nazirinin müavini Əli Rza Rəisi dekabrın 7-də verdiyi açıqlamasında sentyabr ayından bəri 81 nəfərin qripdən öldüyünü açıqlamışdı.