Nebenzya: Suriya yardımsız qala bilər
21.12.2019
Suriya vətəndaşları gələcəkdə yardımsız qala bilər.
Bunu Rusiya BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Vasili Nebenzya deyib. O yaranan çətin situasiyada qalibin olmadığını, yalnız uduzanların olduğunu bildirib:
"Bu, sadəcə gələcəkdə köməksiz qala biləcək Suriya vətəndaşlarıdır. Baş verənlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq tamamilə əsassızdır. Rusiya tərəfi suriyalılara humanitar yardımın təqdimatından imtina etməyib. Biz yardımın uzadılmasına hazır idik. Bu mexanizm yanvarın 10-da bitəcək. Məncə, tərəfdaşlarımız realist olmalıydılar”.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya sərhəddən humanitar yardımın davam etdirilməsi qətnaməsini dəstəkləməkdən imtina edib.