Tramp İvanişviliyə qarşı sanksiya tətbiq etməlidir
21.12.2019
Gürcüstanı avtoritarizmdən ABŞ Prezidenti Donald Tramp xilas edə bilər.
Bu barədə "Vol Strit Jurnal” qəzeti məqalə dərc edib. Məqalədə Ağ Evin qərbyönlü qüvvələri dəstəkləmək üçün Gürcü Arzusu Partiyasının liderlərinə qarşı personal sanksiyalar tətbiq etməli olduğu bildirilib:
"Son 7 il ərzində ölkəni faktiki olaraq Bidzina İvanişvili idarə edib. 2012-ci il parlament seçkisində qələbədən sonra İvanişvili və müttəfiqləri müstəqil institutları dağıdıblar. İctimaiyyətin qərbyönlü rolunu etiraf edərək, hakim partiya Vaşinqtonla əlaqələr və AB-yə üzvlük istəkləri barədə doğru şeylər danışır. Bununla bərabər, Gürcüstan durmadan Moskvanın təsir dairəsinə düşür”.