Ermənistanda iki min rus müəssisəsi var
21.12.2019
Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistan kimi bütün regionun təhlükəsizliyinin əsas hissəsini təşkil edir.
Bunu İrəvanda çıxışı zamanı Rusiyanın Ermənistandakı səfirinin müşaviri Aleksey Sinequbov deyib.
O, iki ölkə arasında əlaqələrin ənənəvi olaraq yüksək səviyyədə olduğunu bildirib. Sinequbov Ermənistan-Rusiya ticarət dövriyyəsinin 2 milyard dollara çataraq rekord vurduğunu deyib.
O, Ermənistanda 2 min Rusiya müəssisəsinin olduğunu söyləyib.