21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Övladını atan ananı bağışlamaram"

21.12.2019

"Biz məşhurlar heç bir çətinlik çəkməyən insanlar kimi görünürük. Amma biz də ağır məqamlar yaşamışıq. Hətta intihara cəhd etdiyimiz anlar olub".
Bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Bizimləsən" verilişində deyib. Aktrisa proqramda müzakirə edilən övladını atmaq istəyən valideynlərdən bəhs edib:
"Qayınana, ərlə dava heç vaxt zəmin yarada bilməz ki, uşaqlarımı qonşuya qoyub gedim. Mütləq bir əsas var. Həyatda hamını hər bir şeyi bağışlamağa çağıran insanam. Amma bir məqam var ki, orada kim olur olsun, onu bağışlaya bilmirəm: Uşaqlarını atan ananı. Hərdən İnstaqram səhifəmə girəndə görürəm ki, uşaq haradasa atılıb, ana qoyub çıxıb gedib. Televizoru açıram, bu problemlərlə üzləşəndə az qala hayqırmaq istəyirəm.
Az qala sizin efirinizə gəlib diz çöküb yalvarmaq istəyirəm. Acından ölürsünüz? Elə övladlarınız da sizinlə bərabər qolunuzun altında ölsun. Çörək yeməyəcəksiniz bir tikə? Onun yarım tikəsini də onlara yedizdirin. Hər bir məqamda övlad valideyinlərinin, əsas da anasının yanında olmalıdır. Analar, sizdən çox xahiş edirəm, nə olursa olsun ailənizi dağıtmayın. Övladınızı atmayın".