Ərdoğan: ABŞ Türkiyəyə sanksiya tətbiq etsə...
20.12.2019
Onların sanksiyalarına qarşı əlbəttə ki, bizim də sanksiyalarımız olacaq. Biz əlləri və ayaqları bağlanması mümkün olan xalq deyilik. İstər S-400, istərsə də F-35-lərlə bağlı hansı addımları istəyirlər atsınlar. Biz bu məsələləri qapamışıq. İndi onlar utanmadan "Türk axını” ilə bağlı sanksiyalar tətbiq edəcəklərini deyirlər. Bu, bizim xalqa qarşı zorakılıq deməkdir.
Bu sözləri Malayziyaya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini əldə etdiyinə görə Vaşinqtonun sanksiyalar tətbiq edəcəyi halda cavab veriləcəyini qeyd edib.