Pompeo Şimali Koreyaya GETDİ
09.05.2018
ABŞ-ın dövlət katibi Maykl Pompeo Phenyana səfərə gəlib.
"Dövran Media" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət katibinin səfərinə səbəb ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüşünün təfərrüatlarını müzakirəsi olub.
Bundan əlavə, M.Pompeo Şimali Koreyada həbsdə olan 3 amerikalının azad edilməsini müzakirə edəcək.
"Reuters"in məlumatına əsasən, Maykl Pompeo Şimali Koreyaya Yaponiyadan gəlib.