Prezidentdən həbs edilən başçı ilə bağlı - SƏRƏNCAM
20.12.2019
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media sərəncamın mətnini təqdim edir:
Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.
Qeyd edək ki, N.Quliyev ötən gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.