Azərbaycanda icra başçısı HƏBS EDİLDİ
19.12.2019
Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.
İH-dən verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.
Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.