Davudoğludan illər sonra gözlənilməz AÇIQLAMA
19.12.2019
2017-ci ildə keçirilən referenduma qarşı çıxdım, tənqidlərimi xalqa izah etmək istədim, ancaq bir televiziya kanalı tapa bilmədim.
Bunu yeni qurulan Gələcək Partiyasının sədri, keçmiş Baş nazir Əhməd Davudoğlu bildirib.
Davudoğlu vurğulayıb ki, Konstitusiya sistemi başdan ayağa yenilənməlidir.
Bundan başqa, Davudoğlu vaxtilə referendumla bağlı etirazını Prezidentə həm yazılı, həm də şifahi olaraq bildirdiyini və bu olanları ilk dəfə açıqladığını bəyan edib.