Daha 3 rayonda "ASAN xidmət" mərkəzi açılacaq
19.12.2019
"Bu yaxınlarda Şamaxıda "ASAN xidmət" mərkəzinin açılışı oldu. Dövlət başçısının əsas tapşırığı budur ki, "ASAN xidmət" qısa müddətdə bütün regionları əhatə etməlidir".
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər Kürdəmir, Ağcabədi və Tovuzdakı "ASAN xidmət" mərkəzlərinin açılışı nəzərdə tutulur: "Eyni zamanda da yaxın zamanlarda MyGov portalı üzərindən göstərilən elektron xidmətlərin sayı artırılacaq”.