Təyyarənin mühərriki alışdı - Məcburi eniş
19.12.2019
"All Nippon Airways" aviaşirkətinə məxsus "Boeing-767" sərnişin təyyarəsi Fukuoka şəhərinin hava limanında məcburi eniş edib.
Məcburi enişə səbəb təyyarənin sağ mühərrikinin alışması olub.
Bildirilir ki, təyyarənin göyərtəsində heyət üzvləri də daxil olmaqla 278 nəfər olub.
İnsident nəticəsində, xəsarət alan olmayıb.