Alpinistlər itkin düşdü: Birinin cəsədi tapıldı
18.12.2019
Türkiyənin Bursa vilayətinin Uludağ qış turizm bölgəsində itkin düşən iki alpinistin axtarışları zamanı bir cəsəd tapılıb. Cəsədin itkin düşən alpinistlərdən birinə aid olması ilə bağlı araşdırma aparılır.
Cəsəd bir neçə gün əvvəl itkin düşən şəxslərdən birinə aid üst geyimi əşyasının tapıldığı bölgədən təxminən bir kilometr məsafədə aşkarlanıb.
Qeyd edək ki, İstanbuldan Uludağa gedən alpinistlərin axtarışları yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır. Axtarış-xilasetmə işlərinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD), Jandarm Qüvvələrinin xüsusi əməliyyat dəstəsinin, Jandarm Axtarış-Xilasetmə Xidmətinin, Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) və digər qurumların 140 nəfərdən çox heyəti cəlb olunub.