Əhalisinin gəlirləri 50 milyard manatı ötüb
18.12.2019
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 50 milyard 845,1 milyon manat təşkil edib.
Əhalinin hər bir nəfərinə orta hesabla 5135,2 manatlıq gəlir düşüb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 46 milyard 652,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,1 faiz çox vəsait qalıb.