Qız sevgilisinə evlənmək üçün xarici maşın və ev verdi
18.12.2019
"Dövran Media" AsiaOne informasiya portalına istinadən xəbər verir ki, Çinin Henan əyalətində yaşayan birisi ərə getmək xatirinə sevgilisinə BMW markalı avtomobil və evin sənədlərini hədiyyə edib.
"Hər şeyi hazırlamışam. Sənə bir maşın və ev üçün sənədlər verirəm . Mən səninlə olmaq istəyirəm. Mənimlə evlənərsənmi?" – deyə, qız bəyan edib.
24 yaşlı Siaojin Siaoke adlı sevgilisinə münasibətlərinin ildönümü günü - 11 dekabrda evlilik təklifi edib. Çinli xanım oğlanı ilk tanış olduqları yerə dəvət edib. Qız görüş yerini şarlarla bəzəyərək onu gəlinlik paltarında gözləyib.
"Bu, çox gözlənilməzdir”-deyə, oğlan etiraf edib. "Bəli, mən səninlə evlənəcəm."
Siaojin daha sonra niyə belə bir qərar verdiyini izah edib. Dediyinə görə, sevgilisi ona çox qayğı göstərib və ona görə qurbanlar verib. Mən də onun üçün xüsusi bir şey etmək istədim –deyə bildirib.
Siaojin, bu sürprizi təşkil etməkdə ailəsinin kömək etdiyini qeyd edib. Aşiqlərin mənzilini və xarici maşını məhz doğmaları alıb. Qız həmçinin bildirib ki, pul o qədər də önəmli deyil, onun üçün əsas sevgidir.
"Düşünmürəm ki, təkcə kişi ailəni təmin etməlidir. "Həyat yoldaşımın ailədə həssas və qayğıkeş olmasını istəyirəm" - deyə, bildirib.