16 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yeni il təmtəraqlə keçəcək - Bulvarda

18.12.2019

Bu il Bulvarda yeni il daha təmtəraqlı olacaq.
Xəbər verildiyi kimi, bu barədə Dənizkənarı Bulvar İdarəsinin Mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı məlumat verib. O bildirib ki, Dənizkənarı Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:
"Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı-ayrı rəngarəng kompazisiyalar qurulur.
Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla Teatrının yanındakı yeraltı keçidin önündə Bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 metr olan tunel quraşdırılıb.
Bulvar ərazisində iki yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində "Dinamo” deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər istiqamətində, təxminən 18 metr hündürlüyündədir.
Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarəng bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək”.
G.Yelmarqızı gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacağını söyləyib:
"Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir”.